Gürcüstanda Senaki hərbi bazasında meyiti aşkarlanan 21 yaşlı hərbi qulluqçu Coni Axalayanın avtomatı ilə özünü vuraraq intihar etdiyi məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hadisəni videomüşahidə kameraları qeydə alıb. Görüntülərdə faciəvi insident zamanı hadisə yerində yalnız C.Axalayanın olduğu görünür.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaqa başlanılıb.

Nazirlik faciəvi hadisə ilə bağlı hərbçinin yaxınlarına başsağlığı verib. 

.