Gürcüstana külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, Tbilisidə yaşayan 1987-ci il təvəllüdlü İran vətəndaşı narkotik vasitələrin satışı ilə məşğul olub. Polis tərəfindən həmin şəxsdən yoxlama üçün 195 ədəd metadon həbi alınıb və gizli audio-video yazı həyata keçirilib.

Həmin şəxs həmçinin Gürcüstana külli miqdarda metadon narkotiklərinin idxalını da planlaşdırıb. Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mümkün marşrutu müəyyən edilib. Tbilisidəki iqtisadi zona yaxınlığında yük maşınında aparılan axtarış zamanı duzla dolu kisələr yoxlanılarkən polis xüsusilə külli miqdarda – 1 171 ədəd metadon həbi müsadirə edib.

Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi üzrə aktiv istintaq tədbirləri davam etdirilir. İran vətəndaşını 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.

.