Nə ABŞ, nə də Avropa ölkələri Gürcüstandakı təsirlərinin şəffaf olmasını istəyir.
Bunu Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili deyib.
"Xarici ölkələrin təsiri ilə bağlı şəffaflıq xarici ölkələrin maraqlarına uyğun deyil, bu təbiidir. Bu qanun gürcü xalqının maraqlarına uyğundur. Konqres şəffaflığın təmin edilməsi əvəzinə, gizli şəkildə Milli Demokratiyaya Dəstək Fondunu maliyyələşdirir. Bu zaman isə Gürcüstandakı siyasi partiyalar və radikal qruplar əksinə, gizli xərcləmələri təşviq edirlər”, - Ş.Papuaşvili deyib.
Qeyd edək ki, bir müddət önvə ABŞ Konqresi Gürcüstanın Baş nazirini hakimiyyət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini və gürcü xalqının hüquq və azadlıqlarını pozan digər təşəbbüsləri geri götürməyəcəyi təqdirdə Belarus tipli sanksiyalarla hədələyib.
.