Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.
Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə toplanan etirazçılar 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edirlər.
Aksiya səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təcili yardım maşınları cəlb olunub.
.