Gürcüstan ikinci Ukrayna olmaq istəmədi, Rusiya ilə sülhü seçdi.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Gürcüstan ikinci Ukrayna olmaq istəmədi, Rusiya ilə sülhü seçdi. Ölkə xalqı bu barədə 26 oktyabrda keçirilən parlament seçkilərində aydın qərar qəbul etdi, baxmayaraq ki, bu qərar Avropa İttifaqı rəhbərliyinin xoşuna gəlmədi”, - Peter Siyarto.

O qeyd edib ki, Tbilisinin bu qərarı Avropa İttifaqı rəhbərliyinin xoşuna gəlməyib.

“Brüsseldə Gürcüstanın Ukrayna taleyini yaşamasını istəyən çox adam var, lakin Gürcüstan xalqı bununla razılaşmadı. Əgər Gürcüstan ikinci Ukrayna olsaydı, bu, məğlub bir müharibə, yüz minlərlə ölüm və milyonlarla qaçqın anlamına gələrdi, çünki məhz bunlar Ukraynadakı müharibənin nəticələridir”, – nazir bildirib.

O əlavə edib ki, Gürcüstan ikinci Ukrayna olmaq istəmədi və gürcüstanlılar bununla bağlı aydın qərar qəbul etdilər, bu isə Brüsselə ciddi təsir etdi.

“Hakim “Gürcü Arzusu” partiyası ölkəyə rəhbərlik etdiyindən bəri heç bir müharibə, heç bir silahlı münaqişə olmayıb. Bu isə göstərir ki, əgər səy göstərsəniz və həqiqətən sülh istəyirsinizsə, ona nail ola bilərsiniz”, – nazir vurğulayıb.

Qeyd edək ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Gürcüstanın paytaxtı Tbilisidə səfrdədir.

.