ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən “MEGOBARI Aktı” rəsmi şəkildə Senatın müzakirəsinə təqdim olunub.

Qanun layihəsi Senatın gündəliyinə "Çin Kommunist Partiyası, İran rejimi və Rusiya Federasiyasının Gürcüstan xalqına təsirlərinə müqavimət aktı" adı altında daxil edilib.

Sənəd Senat tərəfindən də təsdiqləndiyi halda, qanun qüvvəyə minəcək.

Qeyd edək ki, “MEGOBARI Aktı” Gürcüstanın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyaların və viza məhdudiyyətlərinin tətbiqini, habelə ABŞ-Gürcüstan münasibətlərinin, o cümlədən bütün yardım proqramlarının hərtərəfli şəkildə yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.
 

.