Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinə yüksək sürətli yol çəkəcək.

Bununla bağlı Gürcüstan Yollar Departamentindən bildirilib.

Məlumatda qeyd olunub ki, Şərq-Qərb avtomobil yolunun tərkibinə daxil olan yolların tikintisi ilə bağlı tender elan edilib.

Qeyd edək ki, söhbət Rustavi-Qırmızı körpü və Algeti-Sadaxlo yollardan gedir. 61,3 km uzunluğunda dördzolaqlı avtomobil yolunun tikintisinə 2025-ci ildə başlanacaq və işlərin başlanmasından 30 ay sonra mərhələlərlə başa çatdırılacaq.

Tikinti işləri 250 milyon avroya başa gələcək və Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək

.