Tbilisidə keçirilən aksiyalarda 50-yə yaxın polis əməkdaşı xəsarət alıb, onlardan 20-nə cərrahi müdaxilə edilib.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

O, etirazçıların polisə qarşı Molotov kokteyli, daş, pirotexniki vasitələr atdıqlarını əlavə edib.

“Polisləri yandırmağa cəhd edən, zorakılıq törədən şəxslərə aman verildikdə belə faktlar təkrarlanır, belə insanların zorakılıqdan danışmağa mənəvi haqqı yoxdur. Zorakılıq zorakılığı doğurur, ona görə də bütün bunlarda hər kəs öz məsuliyyətini görməlidir”, - Kobaxidze bildirib.

.