Tbilisi yaxınlığında Vaziani hərbi poliqonunda “Layiqli tərəfdaş 2020” adlı çixmillətli hərbi təlimin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Gürcüstanın baş nazir Giorgi Qaxaria, müdafiə naziri İrakli Qaribaşvili, xarici işlər naziri David Zalkaliani və digər rəsmi şəxslər iştirak ediblər.

ABŞ-ın dəstəyi ilə “Güc tərəfdaşlıqdadır” devizli altında keçirilən təlimlər sentyabrın 18-dək davam edəcək.

Manevrlərdə Gürcüstanla yanaşı ABŞ, Böyük Britaniya, Polşa və Fransadan olan 2 700-dən çox hərbçi iştirak edir. Təlimlərə ABŞ-ın “Striker” və “Hummer” zirehli və maddi-texniki təminat maşınları da cəlb olunub.

Kombinə edilmiş manevrlər komanda, qərargah və çöl şəraitində keçiriləcək.

Beçinci dəfə baş tutan təlimlərin məqsədi Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməkdir.    

.