Gürcüstan Prezidenti Salome Zurabişvili vəzifə səlahiyyətlərini aşıb və konstitusiyanı pozub.

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Prezidentin İsveçrəyə səfərini təsadüfən onun Instagram hesabındakı paylaşımından öyrənib.

Əlavə edib ki, həm Prezident, həm də müxalifət dövlət başçısının hökumətin icazəsi olmadan xaricə səfər edərək ölkə konstitusiyanı pozduğunu inkar etmir.

Spiker Konstitusiya Məhkəməsinin hazırda məsələyə baxdığını, Prezidentin Almaniya və Brüssel səfərlərinə dair faktların Konstitusiyanın açıq şəkildə pozulduğunu göstərdiyini deyib.

Şalva Papuaşvili Salome Zurabişvilinin hökumətin Avropaya inteqrasiya mövqeyini zəiflətdiyini, Aİ-nin Gürcüstana status verməkdən imtina etməsinə əsas yaratdığını vurğulayıb.

Spiker parlamentdə keçiriləcək səsvermədə Prezidentin impiçmenti üçün lazım olan sayda səs toplanmayacağına, müxalifətin konstitusiyanı pozan Prezidenti hakimiyyətdə saxlayacağına əmin olduğunu deyib.

.