Ümid edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tezliklə pandemiyanın başa çatdığını elan edəcək.

Bunu Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili deyib.

“Mən ümid edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə il əvvəl pandemiyanın başladığını elan etdiyi kimi, tezliklə onun başa çatdığını elan edəcək”, - deyə nazir vurğulayıb.

Z. Azaraşvili Gürcüstanda epidemioloji vəziyyətin inkişaf etdiyini və yoluxanların sayının kifayət qədər aşağı olduğunu, yoluxanların xəstəxanaya yerləşdirilmə nisbətinin nəzərəçarpan səviyyədə azaldığın qeyd edib.

Səhiyyə naziri əlavə edib ki, hazırda virusla bağlı Gürcüstanda tətbiq edilən yeganə məhdudiyyət qapalı məkanlarda tibbi maskanın istifadəsidir və bu qaydanın ləğvi üçün digər ölkələlərdəki addımlar müşahidə edilir. Nazir qaydanın ləğvinin hələki nəzərədən keçirilmədiyini vurğulayıb.

.