Azərbaycanın Yunan-Roma güləşi üzrə idmançısı Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festifalında gümüş medal qazanıb.

Finalda ölkəmizi təmsil edən güləşçi Sərxan Məmmədov (130) Rusiya təmsilçisi Azamat Gegkievə 4:2 hesabla məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləN Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

.