
"Çox kədərlidir ki, Ermənistan və Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməmiş qalır”.
APA-nın məlumatına görə, bunu Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Pata Zakareişvili Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli jurnalistlərlə görüşündə deyib.
Nazir xatırladıb ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu işləyir: "Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki təkbətək görüşü bizi ruhlandırır ki, bu münaqişənin həllində müsbət irəliləyiş olacaq. Bu, yaxşı işarədir. İnanırıq ki, bu istiqamətdə keçirilən görüşlərin dinamik inkişafı müsbət nəticələr verəcək”.
.