Yenizaman.az "İTAR-TASS" agentliyinə istinadən xəbər verir ki, Gürcüstan hökuməti Ukraynaya nota təqdim edib. Buna səbəb prezident Mixail Saakaşvili də daxil olmaqla 30 gürcünün ölkədə arzuolunmaz şəxs elan edilməsidir.
Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleb bildirib ki, rəsmi Kiyev gürcü vətəndaşlarının persona non-qrata elan olunmasına aydınlıq gətirməlidir.
Ukraynanın Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti "Regionlar" partiyasından deputat Oleq Tsarevin hazırladığı və 36 nəfərin ölkəyə girişini qadağan edən sənədi təsdiqləyib. Ukraynada persona non-qrata elan olunanlar arasında Mixail Saakaşvilidən əlavə, daha 29 Gürcüstan vətəndaşının da adı var.
.
