Gürcüstan prezidenti Georgi Marqvelaşvili yanvarın 20-də Türkiyəyə rəsmi səfərə yola düşəcək. "RİA "Novosti”nin verdiyi məlumata görə, Ankarada Gürcüstan prezidentinin Türkiyənin dövlət başçısı Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və parlament spiker Cəmil Çiçəklə görüşləri planlaşdırılır.
Səfər çərçivəsində Georgi Marqvelaşvili Atatürkün məzarını ziyarət edəcək. Ankarada Türkiyə və Gürcüstan prezidentlərinin birgə mətbuat konfransı keçiriləcək.
Georgi Marqvelaşvili prezident səlahiyyətlərinin icrasına ötən ilin noyabrında başlayıb. Onun ilk xarici səfəri Vilnüsə - "Şərq tərəfdaşlığı” sammitinə olub. Türkiyəyə səfər isə Georgi Marqvelaşvilinin xarici ölkəyə ilk rəsmi səfəridir.
.
