Avropa birliyi ilə Gürcüstan arasında assosiasiya müqaviləsi bu ilin iyun ayın ayının 27-si imzalanacaq.
Bu barədə məlumatı Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Birliyinin prezidenti Herman Van Rompeylə görüşdən sonra bildirib.
"Bizim üçün Avropa Birliyinin prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər Avropa Birliyinin Gürcüstana Avrointeqrasiya prosesində dəstək nümayiş etdirir. Sizə bildirmək istəyirəm ki, cənab Rompeylə bugünki görüşümün başlıca nəticəsi iyun ayının 27-də Avropa Birliyi ilə Gürcüstan arasında assosiasiya müqaviləsinin imzalanması haqqında birliyin qərarını eşitməkdir."
.
