
Müğənni Günay İbrahimli evlənmək istədiyi kişi tipini təsvir edib.
Axşam.az-ın məlumatına görə, sənətçi ailə quracağı insanın ondan çox pul qazanmalı olduğunu deyib:
"Ailə quracağım insan ağıllı, məni başa düşən, hörmət etməyi bacaran, sənətimi qəbul edən olmalıdır. Kişi mütləq xanımdan çox pul qazanmalıdır. Əgər ailədə qadının qazancı kişidən çoxdursa, bu, söz-söhbətə səbəb olacaq. Hətta ailənin dağılması ilə də nəticələnə bilər.
Tip olaraq qaraşın oğlanları bəyənirəm, sarışınlardan heç xoşum gəlmir. İlk növbədə insanın xarici görünüşünə önəm verirəm, onun xoşuma gəlməsi vacibdir. Daha sonra daxili aləmini tanımağa çalışıram. Ailəm hər zaman mənə dəstək olub. Buna görə də ərə gedəcəyim insanı seçəndə də ailəmin razılığına üstünlük verəcəm”.
.