Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları solo konsertə hazırlaşır. 

Axşam.az-ın məlumatına görə, tədbir dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. 

Əməkdar artist Əliağa Sədiyevin rəhbərlik etdiyi layihə "Vətəni sevməyən insan olmaz” adlanır. Layihə çərçivəsində bir çox muğam ifaçılarının da konserti olacaq.

 .