Allergiyalar, kosmetik məhsulla, ağlamaq, yuxusuzluq və bir çox səbəbdən gözlərdə şişkinlik yaranır.

"Qafqazinfo" ev şəraitində göz şişkinliyi aradan qaldıran vasitələri təqdim edir.

Buz-Səhər oyananda 2 kub şəklində buzu göz qapağınıza qoyub 10 dəqiqə müddətlə kompres edin.

Çay -Soyuq çay torbalarını gözünüzün üzərinə qoyun və 5-10 dəqiqə saxlayın.

Çiy kartof- Çiy kartofu əzin və göz qapaqlarının üzərində 15 dəqiqə gözlədib, ilıq suyla durulayın.

Süd- Barmağınızı soyuq südə batırıb göz qapağına sürtün, 10 dəqiqə gözlədin.

Xiyar - Xüsusilə yorğunluqla bağlı göz şişmələrində ən yaxşı vasitə xiyardır. Xiyarın incə bir dilimini göz qapağının üzərinə qoyub ,10-15 dəqiqə istirahət edin.

Metal qaşıq -Metal bir qaşığı göz qapağına yüngülcə yerləşdirib bir müddət gözləyin. Bu üsul qan axışını sürətləndirir.

.