Ailəsi onun ölümündə həkimləri günahlandırır.
Ekvadorun Duran şəhərində keçirilən gözəllik yarışmasında birinci yeri tutan Katerin Kanto estetik əməliyyatın qurbanı olub.
19 yaşlı universitet tələbəsi Kantonun bədənindəki "liposuction” yağlarının götürülməsi zamanı əhvalı pisləşib. Gənc qız həkimlərin müdaxiləsinə rəğmən dünyasını dəyişib.
Gözəllik kraliçasının ailəsi onun ölümündə həkimləri günahlandırır.
Qeyd edək ki, oktyabr ayından qalib olan Katerin hədiyyə olaraq maşın və noutbukla yanaşı pulsuz estetik əməliyyat olunma imkanı da qazanmışdı. (axsam.az)
.