
Daxili İşlər Nazirliyi Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.
R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.
***
Goranboyda 7 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs olunub.
Bu barədə "Qafqazinfo”ya hüquq mühafizə orqanlarından məlumat daxil olub. Hadisəni törədən şəxs 1978- ci il təvəllüdlü Hüseynov Rafiqdir. Məlumata görə, həmin şəxs ailənin yaxın qohumudur.
Anspress-in məlumatına görə, hadisə Goranboyun Səfikürd kəndində qeydə alınıb. Qətliamı törədən şəxs ailənin yeznəsi olub. Ailə bir ay imiş ki, həmin şəxslə qohum olub.
İlkin ehtimala görə, Rafiq bir ay əvvəl ailə həyatı qurduğu həyat yoldaşını gecə saatlarında möhkəm döyüb. Qadın ata evinə gəlib. Rafiq səhər saatlarında qayınatasıgilə gələrək avtomat silahla evdə olan qayınanası, həyat yoldaşı, qayınları, baldızı və evin gəlinlərini güllələyib.
Anspressin məlumatına görə, qətlə yetirilən gəlinin əmisi oğlu Adil Məmmədovun sözlərinə görə, ölənlərdən 4-ü bir, 3 nəfər isə digər ailənin üzvləri olublar.
Qətlə yetirilənlər arasında bir azyaşlı uşaq da var.
Ölənlər bunlardır:
Diləzbər (ana)
Fərqanə (baldız)
Südabə (gəlin)
Namiq (qardaş)
Ofilə
Həvayət
İsa (3 yaş)
Məlumata görə, ailənin bir müddət öncə ailə quran qızı Südabə dünən səhər saatlarında ata evinə qayıdıb. "Bundan sonra kənddə ov ilə məşğul olan Rafiq zəng edərək yoldaşının geri gəlməsini tələb edib. Lakin ailə üzvləri qızlarını geri verməyəcəklərini deyiblər. Bundan snra Rafiq gecə saatlarında evə hücum edib".
* * *
Goranboy rayonunda kütləvi qətl törədilib.
Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Hadisə bu gün səhər saat 4 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir.
Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
.