
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı Qazax magistralının Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb.
Qəza zamanı yük maşının sürücüsü Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində mağazaya və yük maşına ziyan dəyib.
.