Ötən həftə Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan  bildirilib ki, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

K.Əlirzayev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

.