Ötən gün Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i kişi, 2-si qadın olmaqla xəsarət alan 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

"Xəsarət alan şəxslərdən 2 qadına zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

.