"Təqribən 1 saat bundan öncə, dayım oğlu Qasımov Toğrul Xətai oğlu Goranboy ərazisində avtomobillə vurulub. Hadisə baş verəndən sonra, əraziyə rayon xəstəxanasının əməkdaşları gəlməyiblər".

Bu sözləri avropa.info saytının direktoru Ruslan Bəşirli facebookda yazıb.

"Hətta qohumlarım Toğrulu xəstəxanaya aparmalarına baxmayaraq Goranboy xəstəxanasının həkimləri yaralıya yaxın durmurlar. 21 yaşlı gənci xəstəxananın həyətində torpaq yerə uzadıblar. Həkimlər xəstəni Bakıya aparmaq üçün maşın verməyiblər. Bu dəqiqələrdə aldığım məlumata görə, Göranboy rayon polisinin əməkdaşları xəstəxanaya gəlib və polis idarəsinin rəisi hadisəyə müdaxilə edəndən sonra həkimlər təcili tibbi yardım maşını verməyə razı olublar" - deyə R.Bəşirli yazıb.
.