
Goranboyda qoca ər-arvadın qətli ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
Lent.az-ın məlumatına görə, Qaradağlı kəninə gələn Todan kənd sakini, 1975-ci il təvəllüdlü Sübhay İbrahimov 1932-ci il təvəllüdlü Məmmədov Tahir Allahverdi oğlunu və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Məmmədova Sona Hüseyn qızını tamah məqsədi ilə qətlə yetirib.
Gecə saatlarında ahıl şəxslərin yaşadığı mənzilə soxulan 39 yaşlı kişi onları öldürdükdən sonra evi talan edib. S.İsmayılovun mənzildən xeyli miqdarda pul və qiytmətli əşya götürdüyü müəyyən edilib.
Vesti.az isə Goranboy Rayon Polis Şöbəsinə istinadən bildirir ki, məqsəd əslində qarət olmayıb. Qatil onlardan sadəcə vaxilə nüşan üzüyünü qaytaran və səhhətindəki problemlərlə bağlı hələ də ərə getməyən, hazırda ruhi dispanserlərdən birində müalicə olunan 36 yaşlı qızlarının qisasını alıb.
Müəyyən olunub ki, həmin gün qatil yaşlı ər-arvadgilə gəlib. Ev sahibləri onu hətta çaya qonaq ediblər. Amma sonradan olub-keçənlər xatırlanıb və sonda qanlı hadisə ilə nəticələnib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.
.