
Goranboyda ötən gün axşam saatlarından başlayan güclü yağış nəticəsində yaranan sel suları bir sıra fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, sel suları rayonun Qarqucaq, Qazançı, Goranlı, Borsunlu, Qazanbulaq və Gürzallar yaşayış məntəqələrində fərdi təsərrüfatlara dolub, Gürzallar kəndinə gedən avtomobil yolunda hərəkət dayanıb və 37 yaşayış məntəqəsinin (12487 abonent) elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.
Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası ərazilərdə hazırda monitorinqlər aparır, lazımi texnikaları cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.
.