"Azərbaycan Gürcüstanın sadiq dostu və strateji tərəfdaşıdır”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Marneuli sakinlərinə Novruz bayramı münasibətilə ünvanladığı təbrik müraciətində deyilir.

Baş nazir qeyd edib ki, Gürcüstan azərbaycanlılarının tarixi vətənləri olan Azərbaycanla əlaqələrini itirməməsini alqışlayır: "Biz bir ölkənin övladlarıyıq. Bizim əcdadlar birgə yaşayıb, kədər və sevinci bölüşüblər. Biz beləyik və bizim övladlar da bu ənənəni davam etdirəcəklər”.
.