Düşənbə sirkində bədbəxt hadisə baş verib. Tacikistan gimnastı günbəzin altında trük edən zaman yıxılıb.Oxu.Az-ın Lifenews-a istinadən verdiyi xəbərə görə, tərəfmüqabili onu tuta bilməyib. Qızı xəstəxanaya çatdırılıb və orada ona rentgen ediblər.
Artist yüngül zədələr alıb. O, artıq evdədir.
