
Enso Perez
«Benfica» → «Valensia» (25 mln €)
"Valensia” cari mövsümdə ilk transferini gerçəkləşdirib.
İspaniya klubu "Benfika”da oynayan Enzo Perezi heyətinə cəlb edib. 28 yaşlı yarımmüdafiəçi transfer üçün "Valensiya” Portuqaliya təmsilçisinə 25 milyon avro ödəyib.
Qeyd edək ki, E.Perez Argentina millisi ilə "DÇ-2014″də iştirak edib.
Fernando Torres
«Milan» → «Atletico» (kiraye)
Bu haqda Madrid klubunun rəsmi saytı xəbər yayıb. O, 1,5 il müddətinə icarəyə götürülüb.
Torres qış "transfer pəncərəsi”nin açılmasının ardından (5 yanvardan sonra) rəsmən "Atletico”nun futbolçusu olacaq. İspan hücumçunun müqabilində Alessio Çerçi "Milan”a keçib.
"Milan” Fernando Torresi "Chelsea "dən icarəyə götürmüşdü. 30 yaşlı futbolçu 2001-2007-ci illər arasında "Atletico” forması ilə 244 matçda meydana çıxıb və 91 dəfə fərqlənib.
Lukas Podolski
«Arsenal» → «İnter» (kirayə)
"Arsenal”ın və Almaniya millisinin hücumçusu Lukas Podolski "İnter”də tibbi müayinədən keçdi.
29 yaşlı futbolçu bundan sonra icarə əsasında "İnter”in şərəfini qoruyacaq.
Öncədən verilən məlumata görə italiya təmsilçisi futbolçunun transferinə 2 milyon avro xərcləyəcək.
Qeyd edək ki, Podolski "Arsenal”da 2012-ci ildən çıxış edir. Bu müddət ərzində Podolski 82 oyunda meydana çıxıb, 31 dəfə fərqlənib və 17 məhsuldar ötürmə verib.
Xerdan Shakiri
"Bayern Munchen” klubu və "İnter” isveçləri futbolçu Xerdan Shakirinin keçidi ilə bağlı razılığa gəliblər.
Verilən məlumatda mövsümün sonuna qədər futbolçu "İnter”də çıxış edəcək. Futbolçu kirayə olaraq "İnter”ə keçib. Mövsümün sonunda komanda futbolçunu trasnfer etmək istəyərsə, o zaman mövsümün sonunda 14 milyon avro ödəməlidir.
Futbolçunun kirayəsi üçün "İnter” "Bavariya”ya 2 milyon 750 min avro ödəcəyək.
«Swonsi» → «Manchester City»
«Мanchester City» «Suonsi»nin forvardı Vilfrid Boninin transfer danışıqlarını sona çatdırmaq üzrədir.
Keçidin dəyəri 30 milyon futn sterlinq təşkil edə bilər. Bu barədə Sky Sports məlumat verib.
Mənbənin xəbərinə görə danışıqlar sona çatmaq üzrədir. Klublar yaxın müddətdə razılığa gəlməlidirlər.
Xatırladaq ki, Bonini "Liverpool” və "Tottenhem” də heyətində görmək istəyir.
Bu mövsüm Boni İngiltərə çempionatının 20 oyununda 9 qol vurub.
Wesley Sneijder
«Galatasaray» → «Juventus»
"Galatasaray” ın yarımmüdafiəçisi Uesli Sneijder "Juventus”a keçməyə razılıq verib. Hollandiyalı oyunçunun agenti artıq danışıqlar üçün Turində olub.
Hazırda gecikmənin tək səbəbi transfer məbləğidir. Türk klubu oyunçunu 15 milyon avro dəyərində qiymətləndirib. Hollandiyalı oyunçunun "Galatasaray” la müqaviləsi 2016-cı ilin yayında bitir.
Xatırladaq ki, Sneijder müasir futbolun ən yaxşı oyunçularından biri sayılır. Bir zamanlar Sneijder "Real” da yaxşı çıxış edə bilməsə də "İnter”ə keçərək Çempionlar Liqasının qalibi olmağı bacarmışdı.
1 il yarım bundan əvvəl Istanbula gələn Sneijder Türkiyə Liqasında məyusluq yaşadı. Futbolçunun agenti aparıcı futbol klubları ilə danışıqlar aparsa da "Galatasaray” öz ulduzunu buraxmaq niyyətində deyil.
Mats Hummels
«Borussia Dortmund» → «Manchester United»
"Borrussia Dortmund” klubunun müdafiəçisi Mats Hummels mövsümün sonunda "Manchester United”ə keçəcək.
Transferin məbləği 47 milyon funt qiymətləndirilir. Bu isə 60 milyon avro dəyərləndirilir. Hummels bu məbləğ ilə futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Bu rekord David Luisə məxsusdur. Futbolçu "Chelsea” klubundan PSG 49,5 milyon avroya keçmişdi.
.