“Azərbaycan idmanının strategiyası müəyyənləşdiriləcək. Biz idman mütəxəssisləri ilə birlikdə bu strategiya istiqamətində çalışacağıq”.

Bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir bildirib ki, bu strategiya “İdman haqqında” qanundan başlayaraq, professional idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə etməlidir: “Gələcəkdə uşaq və gənclərin idmanla məşğul olması ilə bağlı ciddi planlarımız var. Bu planlar isə yaxın müddətdə açıqlanacaq”.
 

.