Bu gün Gəncə şəhər Nizami rayon məhkəməsində "Kamil Vətəndaş” maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin məhkəmə prosesi keçirilib. Məhkəmə prosesinə hakim Ayaz Mahmudov sədrlik edir.
Yenizaman.az saytının xəbərinə görə, prosedə Həsən Hüseynliyə hökm oxunub. Hökmə görə, H.Hüseynli 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Həsən Hüseynli martın 31-də Gəncədə saxlanılıb. O, həmyerlisi Arzu Qəhrəmanovanı bıçaqla yaralamaqda təqsirləndirilir. Polisdə 48 saat saxlanılan H.Hüseynli daha sonra müstəntiqin qərarına əsasən polis nəzarətində olmaqla azadlığa buraxılıb.
H.Hüseynli ictimai fəalittətinə görə saxlandığını düşünür. Onun rəhbərlik etdiyi "Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi Azərbaycanın Qərb bölgəsində açıq cəmiyyət ideyalarını yaymağı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyi özünə məqsəd bilir.
Mərkəz gənclərin ictimai fəallığını və liderli qabiliyyətinin yüksəldilməsini hədəfləyən layihələr gerçəkləşdirir.
.
