Gəncədə piyadalın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə bu gün saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində, "Nizami Sovxozu” adlanan ərazidə qeydə alınıb. Məlumata görə, "VAZ” markalı avtomobilin idarəetmədən çıxması nəticəsində 6 piyada vurulub.

Xəsarət alan piyadalardan 4-ü Abbas Səhhət adına xəstəxanaya, ikisi isə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan biri uşaq, üçü isə böyükdür.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


APA.az 
.