Yenizaman.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə şəhərin General Şıxlinski küçəsi, ev 2 ünvanında qeydə alınıb. 

42 yaşlı Zibeydə Hüseynova və 2 övladının yaşadığı qəzalı vəziyyətdə olan evin bir otağı uçaraq tamamilə yararsız hala düşüb. 

Hadisə baş verən zaman ev sahibi və uşaqlar həyətdə olduğundan xəsarət alan olmayıb. Qəza ilə bağlı FHN-ə məlumat verilib.







.