![](/uploads/img/posts/2024/02/02/ddbfe453-eed9-3040-8a71-35ec047e5775_850jpg-1706870329.jpg)
Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.
Hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb.
Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Beş mərtəbəli binanın 3-cü mərtəbəsində olan 1 otaqlı mənzildə başvermiş yanğın söndürlüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.
Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha 1 qadına isə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
.