Gəncə şəhərində daha bir qətl törədilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 9-da Gəncə şəhərində şəhər sakini Müstəcəf Əliyevlə həmyerliləri Həsən Qurbanov və Zaur Haqverdiyev arasında baş vermiş münaqişə zamanı H.Qurbanov bıçaqla M.Əliyevə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş M.Əliyev orada ölüb.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Qurbanov və Z.Haqverdiyev tutulub.
Araşdırma aparılır.
.
