Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını "BakuBus"a məxsus sərnişin avtobusuna çırpılıb.

Nəticədə, minik maşınında olan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

.