Gəncədə kinoteatr yanıb.
Yenizaman.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhərində hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 300 m2 olan birmərtəbəli kino klubun içərisinə yığılmış məişət tullantıları və döşəməsi 20 m2 sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 4:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
.
