Daxili İşlər Nazirliyi Gəncədə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
Virtualaz.org-un xəbərinə görə, məlumatda deyilir ki, oktyabrın 27-də Gəncə sakini Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.
Araşdırmalar zamanı məlumata görə, vurulan Sənan Qurbanov əvvəllər məhkumluq həyatı yaşayıb.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərov tərəfindən törədildiyi müəyyən edilib.
Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
.