Gəncə şəhərində evdən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evdən 8 min manat pul və 2 min 500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı C.Mamedov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
.
