
Gəncədə ər arvadını bıçaqlayıb.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1987-ci il təvəllüdlü İ. Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
.