Gəncə şəhərində intihar hadisəsi baş verib.

 

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən evdə qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Validə Abdullayeva yaşadığı evdə özünü asaraq ölüb. Validə Abdullayevanın hansı səbəbdən intihar etdiyi məlum deyil. 

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

 Yenizaman.az
.