Gəncədə 17 yaşlı qız beşinci mərtəbədən yıxılıb. 

Yenizaman.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsi, bina №1-də baş verib. 1999-cu il təvəllüdlü Təzəgül Əliyeva 5-ci mərtəbənin eyvanında paltar asarkən oradan yerə yıxılıb. 

Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

.