Gəncədə qətl hadisəsi törədilib.

Apa xəbər verir ki, hadisə şəhərin Adil xan Ziyadxanov küçəsində yerləşən 8 mərtəbəli binanın 7-ci mərtəbəsində olan mənzildə qeydə alınıb.

Mənzildə yaşayan 1989-cu il təvəllüdlü Səadət Verdiyeva boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Qadının kim tərəfindən öldürülməsi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. 

Yenizaman.az
.