Gəncə şəhərində yanğın baş verib.
ARB TV xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində 5 mərtəbəli binanın beşinci mərtəbəsində, bina 1, mənzil 11 ünvanında qeydə alınıb.
32 yaşlı Mehman Mahmudiyə məxsus ümumi sahəsi 40 kv m olan iki otaqlı mənzilin mətbəxində yanğın başlayıb.
Hadisə baş verən zaman ev sahibi mənzildə olmayıb. Qonşular Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Əraziyə 15 nəfər canlı qüvvə və 6 yanğınsöndürən maşın cəlb edilib. Alovun qarşısı alınıb, ümumi sahəsi 4 kv m olan mətbəxdə mebel, paltaryuyan maşın və qaz sobası yanaraq yarasız hala düşüb, digər otaqlar yanğından mühafizə olunub.
Fakt araşdırılır.


