
Gəncədə 1 ay əvvəl itkin düşən qadının meyiti tapılıb.
Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bu il oktyabr ayının 24-də itkin düşən, 1972-ci il təvəllüdlü şəhər sakini Svetlana Mayılovanın öldürüldüyü və meyitinin Goranboy rayonu Qaradağlı kəndi ərazisində basdırıldığı məlum olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, S. Mayılova Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Rauf Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən 4 gün sonra R. Əliyev cinayəti gizlətmək məqsədi ilə S. Mayılovanın meyitini atasına məxsus "QAZ-24” markalı avtomobilə qoyaraq Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək həyətində basdırıb.
Cinayəti törədən R. Əliyev saxlanılıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.
.