Məktəbəqədər təhsil müəssisəsi ev kimi istifadə edilir...

Təhsil naziri dəyişdi, nə dəyişdi?

İctimaiyyət, həm də elmi ictimaiyyət arasında yekdil bir fikir var ki, təhsil naziri dəyişsə də, rüşvətin həcmi azalmadı, əksinə iki dəfə artdı. Hətta yaxşı mənada, keçmiş təhsil naziri Misir Mərdanova bəraət qazandıranlar da az deyil. Onu təhsil sistemini bilən şəxs kimi qəbul edirlər, amma ona təhsili inkişaf etdirmək üçün imkan yaradılmaması belə xarakterizə olunur. Deyilənlərdə həqiqət də var. Belə ki, Mikayıl Cabbarov təhsil naziri təyin olunar-olunmaz öz kadrlarını mühüm vəzifələrə yerləşdirməklə məşğul oldu. Az keçmədi ki, mətbuat nazirlikdə aparıcı şəxslərə konvert paylanıldığını, bunun hansı mənbə hesabına olduğuna dair haqlı suallarla çıxış etdi. Təhsildəki dəyişiklik orta məktəblərdə dərslərin iyun ayının 20-nə kimi uzadılmasına həsr olunan boş-boş müzakirələrlə yadda qaldı.

Gəncədən xəbər var...

Bu gün ölkədə təhsillə bağlı qəribə, həm də pis tendensiyalara rast gəlinir. Ölkə prezidenti İlham Əliyev tərəfindən bir müddət əvvəl özəlləşdirilməyə təqdim olunmuş məktəbəqədər təhsil müəssisələri özəlləşdirildikdən sonra təyinatı üzrə deyil, başqa məqsədlər üçün istifadə edilir. Bir sözlə, məktəbəqədər təhsil bölgələrdə unudulur. Əldə etdiyimiz məlumatlara görə, hətta Mikayıl Cabbarovun özü belə bu təyinatdan olan binaların özününküləşdirilməsi ilə məşğuldur.
Qaynar.info-ya daxil olan məlumata Məsələn, Gəncə şəhəri Vatutin küçəsində yerləşən 5№-li uşaq evi xüsusi əhəmiyyət kəsb etsə də, nazirin atası Çingiz Cabbarovun adına özəlləşdirilərək ev kimi istifadə edilib. Bir az əvvəl isə oranın ən yüksək səviyyədə təmir edilməsi Fəxrəddin Zamanova tapşırılıb. Məlumatda vurğulanır ki, hər halda bunu Fəxrəddin müəllimin müəyyən yerlərdə fəxrlə səsləndirilməsindən də müəyyən etmək olur.

Fəxrəddin Zamanov kimdir?

Fəxrəddin Zamanov Gəncə şəhərində yerləşən Humanitar kollecin direktorudur və təmir işlərini də rəhbərlik etdiyi təhsil müəssisəsinin 3 minə yaxın tələbəsindən yay semestr imtahanları və buraxılış qruplarından diplom müdafiəsi üçün yığdığı rüşvətlə ona tapşırılmış işi yerinə yetirməyə, uşaq evini təmir etdirməyə başlayıb. Hətta o, bunu özünə tapşırılmış özəz görəv kimi qiymətləndirərək, nazirə yaxın olması ilə əlaqələndirməkdən belə çəkinmir. Avropa standartları səviyyəsində gedən təmir isə "Vatutin" küçəsində yerləşən 5№-li uşaq evinin təkrar təyinatı üzrə istifadə edilməyəcəyindən xəbər verir. Fəxrəddin Zamanov hər bir tələbədən yığdığı 300 manat rüşvət hesabına keçmiş bağçanın binasını tez bir zamanda təmir etdirib nazirə təqdim etmək istəyir.

Kollecdə nə baş verir?

Mənbə bildirir ki, Fəxrəddin Zamanovun adı uzun illərdir ki, qalmaqallarda hallanır. Rəhbərlik etdiyi kollecdə isə rüşvət açıq şəkildə, heç bir məsuliyyət və qorxu hiss olunmadan alınır. Kollecdə baş alıb gedən rüşvət əməliyyatı barədə ölkə mətbuatı axırıncı aylarda kifayət qədər tənqidi məqalələrlə çıxış etsə də, həmin yazılara fikir verən olmadı. Çünki Gəncənin icra başçısı Elmar Vəliyev də Zamanovu ciddi cəhdlə müdafiə edir. Bundan başqa, bütün bunlar təhsilin inkişaf etdirilməsi kimi deyil, təhsildə rüşvətin yığılmasında yeni bir mərhələnin başlandığı hesab olunmalıdır. Mənbə həmçiin vurğulayır ki, özəlləşdirilməsi mümkün olan bütün binaların Mikayıl Cabbarova yaxınlığı ilə seçilən şəxslərin adına özəlləşdirləcəyi də ehtimal edilir.
.