
APA-nın məlumatına görə, bölməyə gətirilən şəxsin əlindəki bağlamadan külli miqdarda narkotik vasitə aşkar edilib.
Vasif Quliyevin sözlərinə görə, yabanı halda bitmiş narkotik vasitənin bir hissəsini Şəmkir rayonu ərazisində yol kənarından yığıb. Bakıya iş dalınca gəldiyini deyən Vasif paytaxtda əliboş gəlmək istəməyib. Faktla bağlı Abşeron PRŞ -də cinayət işinin istintaqı davam edir.
.