Gəncə Dövlət Universitetində rektor postu uğrunda gedənmübarizədə Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisiCavanşir Yusifovun sözügedən universitetdə prorektor işləyənqardaşının qalib çıxması sözügedən universitetdə qarşıdurma yaradıb.
Xatırladaq ki, sabiq rektor Yadigar Əliyevin məcburi istefa ərizəsi yazmağa məcbur edilməsindən ötən üç ay ərzində Gəncə DövlətUniversitetində rektor olmaq uğrunda qızğın mübarizə gedib. Və ənşanslı namizəd isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə NəzarətiXidmətinin rəisi Cavanşir Yusifovun prorektor qardaşı Yusif Yusifov sayılıb.
Mia.az xəbər verir ki, Cavanşir Yusifov qardaşının rektor təyinatı üçünmaliyyə nazirinin müavini Azər Bayramovun "xidməti”indən yararlanıb.O, Azər Bayramovun təhsil nazirinin müavini olan qardaşı CeyhunBayramov vasitəsiylə qardaşı Yusif Yusifovun təqdimatını müsbətxarakterizə etdirə bilib. Artıq Yusif Yusifovun rektorluğu rəsmi şəkildətəsdiqlənməsi də yazdıqlarımızın doğru olduğunu bir daha göstərib.
Bu və ya digər məlumatlarla bağlı son yenilikləri Mia.az-la bölüşənuniversitetin adının çəkilməsini istəməyən müəlliminin sözlərinəgörə, Yusif Yusifov rektor təyinatının rəsmiləşməsindən sonra bir vaxtlar Yadigar Əliyevi açıq müdafiə edənlərin "qara günləri” başlayıb.Belə ki, yeni rektor sələfini açıq şəkildə müdafiə edən, hətta bunun üçün mətbuata müraciətlər göndərənləri hədəfə alıb: "Xüsusiyləötən ilin noyabr ayının əvvəlində rektor Yadigar Əliyevi qızğın müdafiə edən və bir çox mətbu orqanında yayılmış müraciətdə "Gəncə Dövlət Universitetində şəffaflığın təmin edilməsində rektor Yadigar Əliyevin fəaliyyəti göz önündədir, pedaqoji kollektiv və tələbələr tərəfindən alqışlanır. Görünür, universitetdə rüşvətin aradan qaldırılması son vaxtlarda, əlləri çirkli pullara öyrənmiş bəzi şəxslərin narahatlığına səbəb olub”, - deyə, haray çəkən professor və müəllim heyətinə qarşı yeni plan hazırlanıb”.
Müsahibimiz Mia.az-a deyib ki, həmin müraciəti imzalayanlar arasında indiki rektor, o zamankı prorektor Yusif Yusifov və onun ətrafınınadlarının olmaması da, universitetdəki qarşıdurmada kimlərin maraqlı olmasına işıq sala bilər. Eyni zamanda, müraciət müəlliflərinin5 ay əvvəl "Görünür, universitetdə rüşvətin aradan qaldırılması son vaxtlarda, əlləri çirkli pullara öyrənmiş bəzi şəxslərin narahatlığına səbəb olub”, - iddiaları da faktiki hədəfdə Yusif Yusifov və onun ətrafının olduğunu göstərir: "İndisə yeni rektor bu müraciətiimzalamaqla, onun rekktrluğuna gedən yollu kəsmək istəyən kollektiv üzvləri ilə "haqq-hesab çəkmək niyyətini gizlətmir. Yəqin ki, o,mərhələlərlə həmin müraciətin müəllifləri - professor Həsənbala Sadıqov, professor Vaqif Novruzov, professor Şaiq Məmmədov, professor Telman Quliyev, dosent Elçin Cavadov, dosent Yaqub Cəfərov, dosent Niyazi Quliyev, dosent Şahin Xurşudov, dosent Zakir Zeynalov, dosent Emin Yaqubov, dosent Cabbar Qarayev, dosent Teymur İsmayılov, dosent İlqar Cabbarov, dosent Rasim Hüseynov, dosent Elxan İsmayılov, dosent Sabir Əliyev, dosent Bayram Apoyev, dosent İsfəndiyar Allahverdiyev, dosent Zakir Ələsgərov, dosent Cəfər İbrahimov, dosent Rizvan İmanov, dosent Mərdan Məmmədov, dosent İsax Mahmudov, baş müəllim Cavid Bağırzadə, baş müəllim Elman Məhərrəmov, baş müəllim İlham Məmmədov və başqalarına qarşı tədricən təzyiq planlarını işə salacaq. Çox böyükehtimala onlardan bəziləri universitetdən müxtəlif bəhanələrlə uzaqlaşdırılacaq, çoxu isə növbəti dərs ilində daha az tədris yükü ilətəmin ediləcəkdir”.
Yeni rektor Yusif Yusifovun qardaşı Cavanşir Yusifov vasitəsiylə «möhkəm dayağa» sahib olduğunu xatırladan müsahibimiz deyir ki,bundan sonra universitetə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənməməsi də ciddi diqqət mərkəzində olmalıdır: «Bildiyinizkimi, Yusif Yusifovun qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edənxidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusifov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində sıxıntı yaşamayacaq. Onagörə də ictimaiyyət və mətbuat bu məsələyə diqqəti artırmalıdır”.
Müsahibimiz deyir ki, Yusif Yusifovun rektor təyinatından sonra universitetdə «çiçəyi açanlar» da var: "Keçmiş rektora qarşı mübarizədəYusif Yusifova hərtərəfli dəstək verən kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımovun yeni təyinatdan sonra ulduzları parlayıb. Onlar indidən özlərini universitetin faktiki şərikləri kimi aparmağabaşlayıblar. Digər 6 fakültənin dekan və müavinləri haqda isə yeni təyinatın şadyanalıq olduğunu demək isə çətindir. Əksəriyyəti 2011-ci ildə dekan və ya dekan müavini postuna gətirənlər yeni rektorun dəyişiklik planında ön sırada yer alırlar”.
Müsahibimiz Yusif Yusifov və onun qardaşının hakimiyyətdə hansı qruplaşma illə yaxın olduqları haqda da maraqlı məlumatlarıbölüşüb. Bu və ya digər məlumatlarla bağlı Mia.az-dan yaxın günlərdə yeni araşdırması olacaq.
Məsələ ilə bağlı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dimləməyə hazırıq.
.