Sofi Loren dünya kinosunun ən eleqant və gözəl ulduzlarından biridir.

 

Yenizaman.az Publika.az-a istinadən xəbər verir ki, bu gün əfsanəvi aktrisa 81 yaşını qeyd edir. Sofinin 81 yaşlı olsa da, o, hələ də klassik qadın gözəlliyinin ən yaxşı nümunəsi olaraq qalır. Ola bilər ki, o, artıq bütün dünyanı heyran edəcək qədər gənc deyil, lakin istedadı, cəlbedici bədən quruluşu ona bu yaşda belə "Dünyanın ən cazibədar qadınları” siyahısına düşməyə icazə verir.

 

Dünyanın ən gözəl qadınları əsrlərlə bir çox yazıçıların, rəssamların ilham mənbəyi olur. Onların gözəllik haqqında fikirləri isə bir çox qadınların həyat devizinə çevrilir və gözəlləşmək istəyən qadınları ruhlandırır. Aktrisann bu gün 81 yaşı olması münasibəti ilə adı yunan dilindən tərcümədə "müdriklik" mənasını verən Sofi Lorenin müdrik kəlamlarını, həmçinin qadın gözəlliyi haqqında səsləndirdiyi ibrətamiz fikirlərini diqqətinizə çatdırırıq. Sofinin fikirləri bütün qadınları özünü, qəlbini və bədənini təkmilləşdirməyə təhrik edəcək...

 

Image result for sofi loren decolte

 

"Cavanlıq mənbəyi mövcuddur: bu, sizin ağlınız, istedadınız, həyatınıza daxil etdiyiniz sevdikləriniz və yaradıcılığınızdır. Siz bu mənbədən içməyi öyrənəndə həqiqətən də öz yaşınıza qalib gələcəksiz!”

 

"Qadının xarakteri gözəlliyin əsas şərtidir”.

 

"Fiziki hərəkətlər qadını daha cazibəli edir. Sən bir hərəkəti müntəzəm yerinə yetirsən, idmanla daim məşğul olsan, yolda daha qürurla və rəvanla gedərsən, elə bil ki, bütün küçə sənindir”.

 

Image result for sofi loren decolte

 

"Gözəllik - onun uğrunda mübarizə aparmağa dəyər. Gözəllik sizi kütlədən ayıracaq, intellekt və hazırcavablıq sizin nüfuzunuzu artıracaq, gözəlliyinizin cazibəsi isə sizi daha heyranedici edəcək”.

 

"Hesab edilir ki, üzdəki nöqsanları gizlətmək olar. Ancaq hansı nöqsanları?  Qeyri-adi üz cizgilərini gizlətməkdənsə, vurğulamaq daha yaxşı olardı”.

 

Image result for sofi loren decolte

 

"Məndə bəyəndiyiniz hər şeyə görə, spagettiyə borcluyam”.

 

"Saç düzümü günün necə keçməsinə, dolayısı ilə də həyatın da necə keçməsinə ciddi təsir edir”.

 

"Öz gözəlliyinə qəti şəkildə əmin olan qadın buna başqalarını da inandıra bilir”.

 

Image result for sophia loren

 

"Təravətli yanaqlar, qara qələm çəkilmiş gözlər və məharətlə pudralanmış burun - sənətdə cəlbedici olmağın başlıca keyfiyyətləri deyil. Gözəllik tamam başqa məsələlərdən asılıdır. Mehriban, xeyirxah, ağıllı olmadan, həmçinin təxəyyülsüz xoş təsir bağışlayan qadın imici yarada  bilməzsən”.

 

Image result

 

"Gözəllik özünü dərk etməkdir, o, sənin gözlərində əks olunmalıdır. Bu, hansısa fiziki hal deyil”.

 

"Sinə dekoltesi olan geyimləri xoşlayıram. "Mən bu yaşda da gözələm” mesajı vermək xoşuma gəlir”.

 

"Qadın paltarı tikanlı məftilə bənzəməlidir: mənzərəni pozmayaraq öz işini görməlidir”.

 

Image result for sofi loren decolte

 

"Heç nə qadını özünə olan güvəni qədər cazibədar göstərə bilməz”.

 

"Əgər yaşadığın illər boşa getmirsə və sən əldə etdiklərindən, öz nailiyyətlərdən razısansa,  onda qocalığı sevinclə qarşılaya bilərsən”.

 

Image result for sophia loren

 

"Əsas idman, düzgün qida və yuxudur. Zeytun yağından istifadə edin. Yağlı yeməklər və spirtli içkilər barədə unudun. Bir də sevgi - "sevin!"

 

Image result for sofi loren decolte

 

 

"Yaraşıqlı kişilərə qarşı yaxşı iştaham olub. Bunun üçün onlarla yatağa girmirdim. Sadəcə hər hansı bir dadlı yemək bişirir, ona həmin kişinin adını qoyur və onu iştahla yeyirdim. Beləliklə, kişilərə olan iştahamı öldürmüş olurdum".

 

Image result for sofi loren decolte

 

"Unutmaram, amma bağışlayaram. Qismətə inanan insan deyiləm. Amma həyata həmişə pozitiv baxıram".

 

"Gözəllik insanın daxilindədir”.

 

"İsti və gözəl qoxulu hamam bütün yorğunluğumu alır. Yalnız qalmaq və fikirlərə qərq olmaq xoşuma gəlir, özümü çox yaxşı hiss edirəm”.

 

Image result for sofi loren decolte

 

"Yaş kompleksim yoxdur. Özümü heç vaxt gənc qız kimi hiss etməmişəm. 15 yaşımda olanda da qadın kimi hiss edirdim. Xarici görünüşümü yaxşı saxlamaq üçün əlimdən gələni edirəm. Amma qocalmaq əla hissdir. Qocalmaq insanı kamilləşdirir. Genetika da önəmli faktordur. Lakin qadının gözəl görünməyində xoşbəxt ailə həyatının da çox böyük təsiri olduğunu düşünürəm. Ailə həyatına çox dəyər verirəm. Xüsusilə də, nəvələrimlə vaxt keçirmək mənə ləzzət edir”.

 

Image result

 

"Uşaq vaxtı o qədər arıq idim ki, ləqəbim "çubuq Sofi” idi. 14 yaşım olandan sonra bədən quruluşum dəyişdi, anama oxşamağa başladım. İndi də bu təbiətən mənə bəxş edilmiş bədənimə yaxşı quluq etməyə çalışıram. Sağlam və düzgün qidalanıram. Bütün nemətlərdən az yeyirəm. Bədənimin tələblərinə, istəklərinə qulaq asıram. Zeytun yağında bişirilmiş yeməklərə üstünlük verirəm”.

 

"Atamın varlığını heç vaxt hiss etməmişəm. Hələ kiçik yaşlarımdan həyatın çətinliklərinə, sınaqlarına  öyrəşmişəm. Həmişə digər uşaqlardan fərqli olduğumu hiss etmişəm, çünki onların anası və atası var idi. Belə danışmağıma baxmayın. Atama nifrət etmirəm. Əslində nifrətin necə bir şey olduğunu da bilmirəm. Həm də özümü bədbəxt hesab edə bilmərəm. Çünki o vaxt yanımda qardaşım, babam və nənəm kimi məni sevən insanlar var idi”.

 

Image result for sofi loren decolte

"Atamı ilk dəfə görəndə beş yaşım var idi. Atam xəstəxanada ölüm ayağında olanda mən özümdə hansısa hisləri yaratmağa çalışdım. Amma heç nə alınmadı”.

 

"”Gözəlliyimi nəyə borcluyam?” sualına 60 yaşında ikən belə cavab vermişdim: "Seksual görünməyimə əsas səbəb sahib olduqlarım, digər səbəb isə insanların sizin nələrə sahib olduğunuzu düşündükləridir. Burnum çox uzundur, çənəm üzümə nisbətdə qısadır, ombalarım böyükdür. Amma bu qüsurlara baxmayaraq, bütünlükdə  elə də pis görünmürəm”. Bu gün də eyni fikirdəyəm”.

 

Image result for sofi loren decolte

 

 

"Həyatım boyu seks simvolu ola bilməzdim. Çünki sonsuza qədər gənc qalmaq imkansızdır. Təkcə cavan qalmaq üçün çalışsan və diqqətini belə şeylərə versən, karyeran qısa müddətdə bitəcək. Buna görə də məni olduğum yerdən irəli apara biləcək rollar seçməli idim. "İki qadın”, "Qızım və mən” filmlərində də buna görə rol aldım. 25 yaşında idim və 15 yaşlı bir qızın anasını canlandırırdım. Özümü bir aktrisa kimi yetişdirdim və inanılmaz rollarda oynadım”.

 

Image result

 

"Gözəlliyim də daxil olmaqla, sahib olduqlarımın bəxtlə heç bir əlaqəsi yoxdur. Mənimki bəxt deyil. Bəxtə inanmıram.  İstəklərimin çoxunu reallaşdırmışam. Heç vaxt başqalarının mənim üçün istədiklərini qəbul eləməmişəm. Amma bu elə də asan olmayıb. Əldə etdiklərimin qarşılığında çoxlu əzab da çəkmişəm. Mən çox kasıb olsam da, istəyirdim ki, hamı məni necə varamsa elə də qəbul etsin. Zamanla bu mənim xeyrimə işləməyə başladı, mən özüm idim və uğurumun səbəbi də bəlkə bu idi”.

 

"Evli kişilər həyatlarında heç nəyi dəyişmək istəmir, əgər o ailəsinə bağlıdırsa, onu dəyişmək çətindir. Ona elə təsir etmək lazımdır ki, kişi bu addımı ata bilsin”.

 

Image result

 

.